"Bu gün yata bilməyəcəm" - Pikedən Zidana kinayəli cavab

"Bu gün yata bilməyəcəm" - Pikedən Zidana kinayəli cavab
DÜNYA FUTBOLU 8 Aprel 2018 / 10:36 8076
-  A +

"Barselona”nın müdafiəçisi Jerar Pike “Real”ın baş məşqçisi Zinəddin Zidanın mayın 6-da keçiriləcək “El-Klassiko”da Kataloniya klubu üçün çempionluq dəhlizi hazırlamayacaqları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu fransız çalışdırıcıya kinayəli cavab verib: “Mən bu gün yata bilməyəcəm”.

“Barselona”nın sabiq prezidenti Joan Qaspar da Zidanın fikirləri ilə bağlı mövqeyini açıqlayıb: “Bu məsələdə qərarı Zidan yox, klub rəhbərliyi qəbul edə bilər. Əgər Florentino Peres istəməsə, çempionluq dəhlizi olmayacaq. Burada Zidanın fikri nəzərə alınmır. Klub rəhbərliyinin nə deyəcəyi önəmlidir”.

“Barselona”nın baş məşqçisi Ernesto Valverde isə çempionluq dəhlizi ilə bağlı sualı bu cür cavablandırıb: “Mən bu barədə heç nə deyə bilmərəm. Çünki biz hələ çempion deyilik”.

Qeyd edək ki, Zidan mətbuata açıqlamasında gələn ay keçiriləcək “El-Klassiko”da rəqib üçün çempionluq dəhlizi hazırlamayacaqlarını və bunun özünün şəxsi qərarı olduğunu açıqlayıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı