"Qarabağ"dan qələbə, Gəncədə bərabərlik

 "Qarabağ"dan qələbə, Gəncədə bərabərlik
PREMYER LİQA 7 Aprel 2018 / 19:23 13778
-  A +

Bu gün Topaz Premyer Liqada 22-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçı Gəncədə olub. Autsayderlərin qarşılaşmasında “Kəpəz” “Keşlə”ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Günün digər matçında isə lider “Qarabağ” Premyer Liqanın debütantı “Səbail”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Turun daha iki matçı sabah keçiriləcək.


7 aprel (şənbə)

17:30.“Qarabağ” – “Səbail” - 1:0
Qol:
Almeyda, 31-pen
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
"Azərsun Arena"

15:00.“Kəpəz” – “Keşlə” - 1:1 
Qol:
Vaqif Cavadov, 25(0:1), Dario Federiko, 45+1 (1:1)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, İnqilab Məmmədov
Gəncə şəhər stadionu

 

8 aprel (bazar)

16:30.“Zirə” – “Qəbələ”
Hakimlər:
Rəvan Həmzəzadə, Nahid Əliyev,  Vaqif Musayev, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu

18:30.“Neftçi” – “Sumqayıt”
Hakimlər
: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
8-ci kilometr qəsəbə stadionu


N Klublar O Q H M T-F X
1 Qarabağ 22 16 5 1 32-8 53
2 Qəbələ 21 12 4 5 35-21 40
3 Sumqayıt 21 10 5 6 27-22 35
4 Zirə 21 9 7 5 28-20 34
5 Neftçi 21 9 3 9 26-22 30
6 Səbail 22 5 3 14 14:31 18
7 Keşlə 22 4 6 12 19:34 18
8 Kəpəz 21 3 3 16 14:37 12


Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 12 qol 
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı