"Kəpəz"in icraçı-direktoru Elnur Camalxanov Qol.az-a müsahibə verib. Gəncə təmsilçisinin qış fasiləsindən sonrakı çıxışını dəyərləndirən klub rəsmisi qarşıdakı planlar barədə də danışıb.
- "Kəpəz"in qış fasiləsindən sonrakı çıxışı barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Komandanın çıxışını yaxşı qiymətləndirirəm. Bunu tək mən yox, kənardan müşahidə edən futbol mütəxəssisləri də bildirirlər. Fasiləyə qədərki "Kəpəz"lə fasilədən sonrakı "Kəpəz" arasında çox böyük fərq var. Burda söhbət qələbə və ya məğlubiyyətlərdən deyil, ümumi oyun üslubundan gedir.
- Komandanın Gəncədə məskunlaşması müvəqqətidir, yoxsa bundan sonra Gəncə təmsilçisi elə doğma məkanda oyunlara hazırlaşacaq?
- Komanda hər zaman oyunoncəsi məşqləri Gəncədə keçirib. Hazırkı məqamda bu, məskunlaşmaq deyil. Sadəcə, komanda bu ay Nizami yurduna ev oyunlarından 3 gün tez gəlib. Təlim məşq bazası hazır olana qədər "Kəpəz" əsasən paytaxtda qalacaq.
- Stadionla, daha dəqiq desək, ehtiyat meydançalarla bağlı işlər nə yerdədir?
- İşlər qaydasında gedir. Rəhbərliyin daim nəzarətindədir. İnşallah, bu istiqamətdə daha böyük işlərin görülməsi planlaşdırılır.
- Qış fasiləsində edilən transferlərin çıxışı klub rəsmisi olaraq sizi qane edirmi?
- Bilirsiniz ki, bu məsələdə əsas məşqçinin fikirləri önəmlidir. Əgər o qurduğu komandadan razıdırsa, demək ki, hər şey qaydasındadır. Mövcud imkanlar daxilində edilən transferlərdən hamımız məmnunuq.
- Əvvəlki müsahibələrinizdən birində demişdiniz ki, əsas hədəfiniz növbəti mövsümlə bağlıdır və ilk 3-lük uğrunda mübarizə aparacaqsınız. "Kəpəz" isə hazırda sonuncu pillədədir və elitanı tərk edə bilər...
- "Kəpəz" Azərbaycan futbolunda özünün ənənəsi və dəsti-xətti olan bir komandadır. İnanmaq istəməzdim ki, bu cür klub elitani tərk edər. Ümid edirik ki, "Kəpəz" sonuncu olmayacaq.
- "Kəpəz"də maaşların yubanması ilə bağlı xəbərlər yayılmışdı. Yusni Hüseynov özü də mətbuata açıqlamasında bunu təsdiqləmişdi. Hazırda vəziyyət nə yerdədir? Futbolçuların maaşları ödənilibmi?
- İstənilən klubda maaşlar gecikə bilər. Bunun niyə dramatikləsdirildiyini mən bilmirəm. Maaşların yubanması verilməməsi demək deyil. Hazırda maaşlarla bağlı heç bir sıxıntı yoxdur. Hər kəs məvacibini alıb.
Elnur SALAHOV
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video