Güləşçilərimizdən 2 qızıl, 2 gümüş və 4 bürünc medal

Güləşçilərimizdən 2 qızıl, 2 gümüş və 4 bürünc medal
GÜLƏŞ 2 Aprel 2018 / 00:59 2642
-  A +

Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilib.

Qol.az-ın məlumatına görə, ilk iki yarış gününün yekununda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda güləşçilərimiz 5 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

Üçüncü yarış günündə yunan-Roma güləşçilərimizdən Həzrət Cəfərov və Röyal Mirzəliyev (hər ikisi 51 kq), qadın güləşçilərdən Jalə Əliyeva (61 kq), sərbəst güləşçilərdən isə İslam Abuyev (110 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Həzrət Cəfərov (51 kq) və Jalə Əliyeva (61 kq) final görüşünü də qələbə ilə başa vuraraq turnirin qızıl medalına yiyələnib. Röyal Mirzəliyev (51 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətlənib.

Daha 4 güləşçimiz isə bürünc medal qazanıb. Qadın güləşçilərdən Ayşən Yusifova (46 kq) və Elnur Məmmədova (61 kq), sərbəst güləşçilərdən Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) fərqlənib.
Beləliklə, son yarış günündə yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi