İrlandiya – Azərbaycan oyununda slovakiyalı hakimlər

İrlandiya – Azərbaycan oyununda slovakiyalı hakimlər
XƏBƏR 24 Mart 2018 / 16:20 3587
-  A +

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya – Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  martın 27-də keçiriləcək görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Filip Qlova olacaq. Ona Peter Kovaç və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Paxol Çmura yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Dublində Talla stadionunda keçiriləcək.

Son xəbərlər