"Qarabağ" 5 pillə irəlilədi – dünya reytinqi

"Qarabağ" 5 pillə irəlilədi –  dünya reytinqi
ÖLKƏ FUTBOLU 24 Mart 2018 / 13:28 4485
-  A +

Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, “clubworldranking.com” saytının hazırladığı siyahıda Azərbaycanın 4 komandası yer alıb.

Hesabında 1169 xal olan “Qarabağ” təmsilçilərimiz arasında yenə birincidir. Son açıqlanan siyahı ilə müqayisədə 5 pillə irəliləyən Ağdam klubu 532-cı sırada qərarlaşıb.

“Keşlə” 368 xalla 755-ci (3), “Qəbələ” 255 xalla 796-ci (11), “Zirə” isə 217 xalla planetin 817-cisidir (9).

Qeyd edək ki, siyahıya 18062 xalla Madrid “Real”ı başçılıq edir. “Barselona” 16198 xalla 2-ci, “Atletiko” 14392 xalla 3-cüdür.

Daha çox


Son xəbərlər