Ronaldo 900-ə çatdı

Ronaldo 900-ə çatdı
DÜNYA FUTBOLU 24 Mart 2018 / 12:10 5107
-  A +

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo üçün Misirlə yoxlama görüşü əlamətdar olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu matç portuqaliyalı hücumçunun karyerasındakı 900-cü oyunu olub.

Qeyd edək ki, K.Ronaldo "Sportinq"də (Lissabon) 31, "Mançester Yunayted"də 292, "Real"da 429, millidə 148 oyun keçirib.

Əlavə edək ki, Portuqaliya - Misir görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı