Messi İtaliyaya qarşı niyə oynamayıb?

Messi İtaliyaya qarşı niyə oynamayıb?
XƏBƏR 24 Mart 2018 / 11:45 4676
-  A +

Argentina millisinin kapitanı Lionel Messinin İtaliya ilə yoxlama matçında oynamamağının səbəbi müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə yığmanın baş məşqçisi Xorxe Sampaoli məlumat verib. O bildirib ki, 30 yaşlı hücumçu son məşqdə əzələsindən problem yaşadığı üçün sözügedən matçda iştirak etməyib. O, Messinin böyük ehtimalla İspaniya ilə görüşə kimi hazır olacağını vurğulayıb.

Qeyd edək ki, Argentina İtaliyaya 2:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı