"Uduzmuşuqsa, Qurban müəllimin iradı olacaq" – Kamran Ağayev

"Uduzmuşuqsa, Qurban müəllimin iradı olacaq" – Kamran Ağayev
MÜSAHİBƏ 24 Mart 2018 / 01:04 6337
-  A +

Milli komandamızın qapıçısı Kamran Ağayev Belarusla yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli qolkiper əvvəlcə 0:1 hesablı məğlubiyyəti şərh edib.

- Hələ oyunu analiz etməmişik. Ona görə nəsə demək düzgün olmaz. Amma meydanda gördüyüm qədərilə düşünmürəm ki, yaxşı oynadıq. Rəqibin elə də güclü hücumları olmadı. Sadəcə ilk hissədə düzgün oynamadıq deyə qol vurdular. İkinci hissədə hücuma çıxanda rəqib əks-hücumda yaxaladı, bir epizodları oldu. Baş məşqçi analiz edəndən sonra fikirlərini bildirəcək.

- Oyundan sonra Qurban Qurbanov paltardəyişmə otağında nə dedi? Komandaya öz iradlarını bildirdimi?

- Bu, bizim şəxsi işimizdir. Baş məşqçi ilə komanda arasında olan söhbətdir. Amma təbii ki, yaxşı da, pis də oynasaq, uduzmuşuqsa, Qurban məllimin iradı olacaq.

- İlk hissənin gedişində bir epizodda sanki yüngül zədə aldın...

- Yox, mən buna zədə deməzdim. Zədə daha ciddi bir şeydir. Həmin epizodda kiçik bir ağrı oldu. Köhnə zədəm özünü göstərdi. Ancaq bir anlıq oldu. Hazırda ciddi bir şey yoxdur.

- Millimizi qarşıda Makedoniya ilə daha çətin oyun gözləyir. Nəzərə almaq lazımdır ki, onların heyəti də güclüdür...

- Yoxlama matçı olsa da, çalışacağıq ki, əlimizdən gələni edək, qalib gələk. Makedoniya səviyyə baxımından bizdən üstün olsa da, sonadək mübarizə aparıb qələbə qazanmalıyıq.

- Bir çox məşqçi ilə çalışmısan. Qurban Qurbanov onlardan nə ilə fərqlənir?

- Bu sualı çox veriblər. Pis sual deyil, amma açıqlamaq düzgün olmaz. Bütün insanlar kimi, məşqçilər də fərqlidilər. Onların tələbləri də müxtəlif olur.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı