Qurban Qurbanovdan Araz və Elvinə sərt cəza – biri göndəriləcək

Qurban Qurbanovdan Araz və Elvinə sərt cəza – biri göndəriləcək
ÖLKƏ FUTBOLU 23 Mart 2018 / 22:39 10403
-  A +

Millimizin baş məşqçisi Qurban Qurbanov Araz Abdullayev və Elvin Yunuszadəni cəzalandırıb.

Qol.az-ın xəbərinə görə, hər iki futbolçu məhz bu səbəbdən bu gün Belarus yığması ilə yoldaşlıq görüşünün (0:1) iştirak ərizəsinə daxil edilməyib.

Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov deyib ki, hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün heyətdən kənarda qalıb:

"Ola bilər ki, onlardan biri Antalyaya Makedoniya ilə yoldaşlıq görüşünə getsin, digəri yox. Oyundan sonra otelə qayıdacağıq və yekun qərarımı verəcəyəm. Amma böyük xəta deyil".

Matçdan sonra “CBC Sport” kanalında bununla bağlı fikirlərini açıqlayan millinin sabiq oyunçusu, futbol eksperti Aslan Kərimov ehtimal etdiyini bildirib ki, hər iki futbolçu intizam qaydalarını pozduğu üçün “18”likdə yer almayıb. O güman edir ki, ya məşq zamanı hər iki futbolçu arasında münaqişə, yaxud sonradan millinin düşərgəsini icazəsiz tərk etməsi kimi variantlar ola bilər.

Daha çox


Son xəbərlər