"Qələbə qazanmağa borclu idik" - Kosovo millisinin futbolçusu

"Qələbə qazanmağa borclu idik" - Kosovo millisinin futbolçusu
GÜNDƏM 23 Mart 2018 / 11:05 3071
-  A +

“Azərbaycanla görüşdə layiqli qələbə qazandıq. Qalib gəlməyə borclu idik. Azərbaycan yığmasını səfərdə də məğlub etməliydik. Bunu bacarmamağımız günah idi. Lakin biz irəli baxmalıyıq. Hələ də qrupdan çıxmaq şansımız qalır".

Qol.az-ın Kosovo Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Kosovonun U-21 millisinin futbolçusu Florent Hasani Avropa çempionatının seçmə mərhələsində yığmamıza 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, növbəti görüş Almaniya kimi çox çətin rəqiblə qarşılaşacaqlarını bildirib: "Buna görə maksimum hazırlaşmalıyıq. Azərbaycan üzərində qələbə Almaniya ilə görüş öncəsi motivasiyamızı artırır. Yarışın son çempionu ilə qarşılaşacağımızı bildirik. Azarkeşlərimizi həm oyun, həm nəticə ilə məyus etməməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı