1 heç-heçə, 1 məğlubiyyət - yığmamızın rəqibləri

1 heç-heçə, 1 məğlubiyyət -  yığmamızın rəqibləri
XƏBƏR 23 Mart 2018 / 00:00 3490
-  A +

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Farer adaları və Malta yığmalarə bu gün yoxlama oyununda qüvvələrini sınayıblar.

Qol.az xəbər verir ki, Farer adaları öz meydanında Latviyanı qəbul edib. İlk hissədə Qreqersonun qolu ilə hesabda önə keçən Farer adaları ikinci yarının ortasında qapısında top görməklə qələbəni əldən verib - 1:1. 

Malta isə doğma divarlar arasında Lüksemburqla üz-üzə gəlib. 90+3-də dəqiqədə vurulan qol Maltanın yenilgisinə səbəb olub - 0:1. 

 


Son xəbərlər