"Belarus çətin rəqibdir" - Amil Yunanov

"Belarus çətin rəqibdir" -  Amil Yunanov
XƏBƏR 22 Mart 2018 / 17:40 4550
-  A +

“Əlbəttə ki, milliyə çağırılmağıma inanırdım. Çünki çempionat oyunlarında yaxşı çıxış edirdim. Bu şansı məksimum dəyərləndirəcəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ilk dəfə milliyə dəvət olunan “Sumqayıt”ın futbolçusu Amil Yunanov deyib.

Gənc hücumçu sabah Belarusla keçiriləcək yoxlama matçı haqda danışıb: “Çətin rəqibdir. Ancaq evdə oynayırıq, çalışacağıq ki, qələbə qazanaq. Bir neçə gün sonra yoxlama matçında qarşılaşacağımız Makedoniya millisi Belarusla müqayisədə daha güclü komandadır. Belarusun da oyunlarına baxmışıq. Yaxşı kollektivləri var”.

A.Yunanov həyəcanlı olduğunu gözlətməyib: “Təbii ki, həyəcan var. Bu da normaldır. Çünki bura milli komandadır. Çalışacam ki, həyəcanı aradan qaldırım və oyuna köklənim”.

Son xəbərlər