"Bu, məni maraqlandırmır" - İnyesta Neymarın "Real"a mümkün keçidi haqda

"Bu, məni maraqlandırmır" - İnyesta Neymarın "Real"a mümkün keçidi haqda
DÜNYA FUTBOLU 22 Mart 2018 / 15:09 4708
-  A +

"Barselona"nın futbolçusu Andres İnyesta PSJ-nin hücumçusu Neymarın "Real"a mümkün keçidi barədə danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı o bildirib: "Neymarın "Real"ın keçidinə təəccüblənəcəm ? - Xeyr. Dürüst olmağımı istəyirinizsə, bu, məni maraqlandırmır. İstəmirəm ki, bu, hörmətsizlik kimi qəbul edilsin.  Ancaq Neymar dünyanın ən yaxşı oyunçularından biridir. O, istənilən komandanı daha da güclü edir. "Barselona" Neymarsız da daha güclü heyətə sahibdir".

Qeyd edək ki, Neymar ötən ilin yayında "Barselona"dan PSJ-yə transfer olunub. Onun "Real"a keçəcəyi iddia edilir.


Son xəbərlər