"Azərbaycan millisini cəzalandırmağa çalışacağıq"

"Azərbaycan millisini cəzalandırmağa çalışacağıq"
ÖLKƏ FUTBOLU 22 Mart 2018 / 10:05 2632
-  A +

"Azərbaycanla matç ağır olacaq, amma biz qələbə qazanacağımıza inanırıq.Rəqibin zəif cəhətlərini yaxşı bilirik və onları cəzalandırmağa çalışacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovonun U-21  millisinin futbolçusu Ron Brodja Avropa çempionatının seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.

Kosovo Futbol Federasiyasının  rəsmi saytına danışan R.Brodja millimizlə birinci matçda da yaxşı oynadıqlarını vurğulayıb: "Amma şans bizim tərəfimizdə deyildi. İndi doğma azarkeşlər önündə oynayacağıq. Azarkeşlərimizi məyus etməyəcəyimizə inanırıq. Qarın olması meydanda işimizi çətinləşdirəcək. Ancaq biz qələbə qazanmaq üçün ən yaxşısını etməliyik".

Qeyd edək ki, Kosovo - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk matç qolsuz bərabərliklə başa çatıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı