"Bəlkə də "Keşlə" rəhbərliyi Maksimova deyib ki..."

"Bəlkə də "Keşlə" rəhbərliyi Maksimova deyib ki..."
GÜNDƏM 21 Mart 2018 / 22:14 4155
-  A +

“Keşlə”nin baş məşqçisi Yuri Maksimovun sabiq köməkçisi Gennadi Jilkin Ukrayna mətbuatına geniş müsahibə verib. Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Maksimov və onun Azərbaycandakı işi ilə bağlı məqamlara da toxunub.

- Gennadi Vladimiroviç, Yuri Maksimovla “Obolon”, “Krivbass”, Donetsk “Metallurq”u və “Mordoviya”da birlikdə işləmisiniz. Niyə onunla “Taraz”a, daha sonra isə “Keşlə”yə getmədiniz?

- Maksimov “Taraz”la mövsümün sonuna kimi – 3 aylıq müqavilə bağlamışdı. Onun başlıca vəzifəsi komandanı yüksək liqada saxlamağa kömək etmək idi. Uğur qazanacağı təqdirdə klub rəhbərliyi onunla uzunmüddətli müqavilə bağlamağa hazır idi. Hər şey müsbət nəticələnsəydi, biz də “Taraz”ın məşqçilər korpusunda yer alacaqdıq. Təəssüf ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək mümkün olmadı və Maksimov Qazaxıstan klubunu tərk etdi. “Keşlə”yə gəlincə, o, bu komandaya baş məşqçi təyin olunanda mənə zəng vurmadı. Bütün məlumatları mətbuatdan oxudum.

- Maksimovun “Keşlə”də işləri yaxşı getmir. Hətta “Neftçi”yə məğlubiyyətdən sonra istefa barədə də düşünmüşdü. Sizcə, onda niyə alınmır?

- Azərbaycana uyğunlaşmaq çətindir. Çünki ora xüsui ölkədir. Maksimov təbiətcə həssas insandır. Ola bilsin, emosiyalarına qapılıb, istefa vermək istədiyini deyib. Onun “Keşlə” ilə mövsümün sonuna kimi müqaviləsi var. İndi getməyin nə mənası var? Klubun içində olmadan, səbəbləri bilmədən bunu müzakirə etmək çətindir. Maksimov kifayət qədər səbrli məşqçidir. Onun komandası “Zirə” ilə oyunun (2:1) son dəqiqələrində qol vuraraq, qələbə qazandı. “Neftçi”yə qarşı matçda (2:3) isə son dəqiqə qolu ilə uduzdular. Məğlubiyyətə baxmayaraq, Maksimovun yetirmələri meydanda pis təsir bağışlamadılar və yerli mətbuatdan müsbət rəy aldılar. “Keşlə” “Qəbələ”yə qarşı da yaxşı oynadı (1:1). Hətta Roman Qriqorçukun komandasını məğlub edə bilərdilər. Bir az bəxtləri gətirmədi.

- Qış fasiləsində “Keşlə”nin düşərgəsində olan “Olimpik”in sabiq futbolçusu Anton Postupalenko deyib ki, “Keşlə”nin səviyyəsi aşağı olduğu üçün o komandaya keçməyib. Bəlkə elə Maksimovun da problemi bundan qaynaqlanır?

- Hər şey ola bilər. Komandanın necə komplektləşdiyini və orada necə futbolçular olduğunu bilmirəm. Bəlkə də “Keşlə” rəhbərliyi ona deyib ki, komandada olan futbolçularla işləməlisən.

Daha çox


Son xəbərlər