"Bakıda tualet qızıldan hazırlanmışdı" - Tarik Elyunussi

"Bakıda tualet qızıldan hazırlanmışdı" - Tarik Elyunussi
ÖLKƏ FUTBOLU 21 Mart 2018 / 14:41 9881
-  A +

"Azərbaycanda bütün diqqət "Qarabağ"ın üzərində idi. Komanda Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Azərbaycan da gözəl ölkədir."
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi  "TV 2" telekanalına müsahibəsində deyib.
 
O, Bakının gözəl şəhər olduğunu vurğulayıb: "Ora əyləncəli idi".

30 yaşlı oyunçu bildirib ki, "Qarabağ"ın Çempionlar Liqasında çıxış etməsi Azərbaycan üçün böyük hadisə oldu: "Biz bu turnirdə ulduz futbolçuları gördük. Mənə köməklik edən sürücü var idi. Çünki Bakıda tıxac çox olur.

Elyunussi ondan Bakıda qaldığı mənzil haqda verilən sualı isə belə cavablandırıb: "Bakıda qaldığım mənzil yaxşı deyildi. Çox təəssüf ki, tualet qızıldan hazırlanmışdı(gülür). Mənim istifadə etdiyim elə idi."

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı