Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Beşiktaş"dan bəyanat: "Fənərbaxça" ilə oyuna çıxmayacaqlar

Yazarlar
 Ramin Musayevlə futbol mübahisələri...
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
“Qarabağ”ın 6-ci çempionluğu – Şəkillər
Top 5
"Liverpul"dan 5 qollu qələbə
"Bavariya" öz meydanında "Real"a uduzdu
Yeni təklifə "yox" dedi, "Qarabağ"a gəlir
"Fənərbaxça" - "Beşiktaş" derbisi ilə bağlı qərar verildi - qaldığı yerdən davam və...
“Real”dan ÇL-də tarixi göstərici
Linklər
525ci Qəzet

"Məni AFFA-ya Qurban Qurbanov məsləhət görüb"
A A A

[20.03.2018]
"Məni AFFA-ya Qurban Qurbanov məsləhət görüb"

Dünən 16 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi təyin olunan Azər Məmmədov Qol.az-a müsahibə verib. Gənc mütəxəssis həm təyinatından, həm də yeni işindən danışıb.

- Əvvəlcə həm Novruz bayramı, həm də yeni təyinatınız münasibətilə sizi təbrik edirəm. Maraqlıdır, U-16-nın sükanı arxasına keçməyiniz necə baş tutdu?

- Bilirsiniz ki, mən U-18 millisində Zaur Həşimovun köməkçisi idim. Millidə çalışanlar hamısı Qurban Qurbanovun nəzarətində olan məşqçilərdir. Əvvəlcə onu deyim ki, fərqi yoxdur, hər hansı yığmanın baş məşqçisi olmaq olduqca məsuliyyətli və qürurverici bir işdir. Ümumiyyətlə, millidə çalışmaq şərəfdir. Təyinatıma gəlincə, Qurban Qurbanov məsləhət görüb ki, bu postu mənə versinlər. Mən də sevinclə qəbul etdim. Qurban müəllimin gözünün qabağında olduğum üçün mənə etimad göstərib. Məni AFFA-ya o məsləhət görüb. Mən də öz növbəmdə inamı doğrultmağa çalışacam. Ölkə futbolu üçün çalışmaq hər birimizin borcudur. Milli komanda elə bir yerdir ki, səhlənkarlıq etmək olmaz.

- Belə bir təklif alacağınızı gözləyirdinizmi?

- Açığı, gözlənilməz oldu. Amma hər şey insanın özündən asılıdır. Yəqin, futbolu bizdən də yaxşı bilən insanlar görüblər ki, yığmaya kömək edə bilərəm. İnsan hər zaman özünə inanmalıdır. Mən özüm də belə insanlardanam. Deyim ki, U-16-ya baş məşqçi təyin olunacağıma tam əmin idim, xeyr, belə deyil. Millinin bünövrəsi U-16-dan qoyulur. Çox məsuliyyətli vəzifədir.

- Özünüz də qeyd etdiniz ki, çox məsuliyyətli yükün altına girmisiniz. İşinizin öhdəsindən gəlmək üçün özünüzdə o potensialı, gücü hiss edirsiniz?

- Əlbəttə. O gücü özümdə hiss etməsəydim, belə bir yükün altına girməzdim. Bilirsiniz ki, U-16 hələ mövcud deyil. Hazırda 2003-cü illər U-15 liqasında oynayırlar. Bir oyunu belə buraxmaq olmaz. Hamısını nəzarətdə, diqqətdə saxlamalıyıq. Hər şeydən öncə isə sağlam seleksiya olmalıdır. Problemsiz iş yoxdur. İnanıram ki, öhdəsindən gələ biləcəyik.

- Təyinatınızdan sonra Qurban Qurbanovla görüşüb söhbət etmisiniz?

- Xeyr, hələ görüşməmişəm. Çünki bu aralar başı çox qarışıqdır. Hər şey Qurban müəllimin nəzarətindədir. Ona görə də işləri çoxdur.

- Yığmanı nə vaxt bir araya yığmağı düşünürsünüz? Yəqin ki, əvvəlcə seleksiya xarakterli toplanış olacaq...

- Martın axırına kimi qrafik sıxdır. İlk toplanış aprelin əvvəlinə nəzərdə tutulub və seleksiya xarakterli olacaq.

- Köməkçiləriniz kimlər olacaq?

- Bu məsələ hələ açıq olaraq qalır. Amma mart ayının axırına kimi onların da adına aydınlıq gələcək.

Elnur SALAHOV

3486 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
25.04.2018  10:50 “55 yaş artıq baba yaşıdır” – Ramin Musayev
24.04.2018  11:55 "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
17.04.2018  16:06 "Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov
08.04.2018  23:37 "Əvvəl daha inamsız oynayırdım" – Namiq Ələsgərov
06.04.2018  14:57 “Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov
05.04.2018  17:56 "Maaş yubanmasının niyə dramatikləşdirildiyini bilmirəm"
05.04.2018  12:29 "Biz Ruslanla düşmən deyilik" - Riçard Qadze
04.04.2018  15:10 "Sumqayıt"a Avroliqa yaraşır" - Rail Məlikov
03.04.2018  11:58 "Kimdəsə günah axtarmaq lazım deyil" - Anar Nəzirov
02.04.2018  00:00 “Yox, paxıl deyiləm” - Pərdis Fərcad-Azad
30.03.2018  15:45 “Yenidən millidə oynamaq üçün “Qəbələ”ni seçdim” – Rauf Əliyev
24.03.2018  01:31 "Zamana ehtiyacımız var" – Namiq Ələskərov
24.03.2018  01:04 "Uduzmuşuqsa, Qurban müəllimin iradı olacaq" – Kamran Ağayev
24.03.2018  00:13 "Qurban Qurbanovun istədiyi oyunu göstərə bilmirik"
21.03.2018  00:16 "Belə oyunçu diqqətimizdən kənarda qala bilməz" - Rəşad Sadıqov
17.03.2018  17:24 "Milliyə çağırılmaq sürpriz olmadı" – Amil Yunanov
13.03.2018  12:54 “Kimlərsə özünü futbol alimi hesab edir” – Ayxan Abbasov
07.03.2018  14:25 “Qəbələ”dən getsəydim, özümə hörmətim qalmazdı” – Roman Qriqorçuk
06.03.2018  15:40 “Azərbaycanlı futbolçular boş vaxtlarını axmaq-axmaq oyunlara sərf edirlər” – Qriqorçuk
05.03.2018  15:27 “Azərbaycanda işləməkdən həzz alıram” – Filip Şarplaz
 
 
  27.04.18
02:47
  "Zirə" çempiona qarşı - Yenilənir
01:51
  “İnter” üçün rekord
01:34
  İsko da “Bavariya”ya qarşı oynamayacaq
01:15
  “Marsel” finala yaxınlaşdı - Video
01:03
  “Arsenal” qələbəni əldən verdi - Video
00:56
  Londonda heç-heçə, "Marsel" qalib gəldi
00:29
  “Rusenborq” Superkuboka sahib çıxdı
00:00
  İnyesta sabah “Barselona”dan gedişini açıqlayacaq
  26.04.18
22:40
  "Sabah"dan 4 cavabsız qol - Video
21:49
  "Beşiktaş"dan bəyanat: "Fənərbaxça" ilə oyuna çıxmayacaqlar
21:05
  "Qəbələ"nin U-16 komandası çempion oldu
19:28
  Şəhriyarla Teymur heç-heçə etdi
19:05
  Premyer Liqamızda 25-ci turun - hakim təyinatları
18:44
  Birinci divizionda daha 3 oyunun hakimləri bilindi
18:26
  "Real"da ciddi itki
17:55
  "Sabah"dan qələbə, "Şüvəlan"dan xal itkisi
17:39
  "Qəbələ"nin baş məşqçisi olmaq istəyərəm" - Stiv Olfers
17:02
  İbrahimoviç dünya çempionatında oynamayacaq - rəsmi
16:26
  "Atletiko"nun "Arsenal"la oyun üçün heyəti - siyahı
15:58
  "Barselona" və "Real"ın ortaq hədəfi
15:19
  UEFA "Bavariya"nı cəzalandırır
14:49
  Ramin Musayevlə futbol mübahisələri...
14:40
  "Hərəkətlərindən hiss edirdim ki, məni göndərəcək" - Viktor Oseqeyl
14:23
  Türkiyə Avro-2024-ə namizəd oldu - rəsmi
14:05
  Günün canlı oyunları - Etopaz-da
13:44
  Boatenq üçün mövsüm bitdi - mundialı da buraxa bilər
13:30
  Avroliqanın oyunları hansı kanallarda? - siyahı
13:02
  "Kaş ki, bir yerdə oynayardıq" - Ronaldodan İbrahimoviçə
12:41
  Millimiz Uels, Slovakiya və Macarıstanla eyni qrupda
12:21
  Salah, yoxsa Marselo?
12:01
  Ronaldo dayandı - 350 gündən sonra
11:48
  "Şərtləri bizi qane etsə, Maksimovla davam etməyə hazırıq" - Zaur Axundov
11:29
  "Real"a iki qolu hədiyyə etdik" - Haynkes
11:15
  Yığmamız Rusiyaya uduzdu
11:02
  “Qızımı dodağından öpdülər, virusa yoluxub öldü” - Donald Gerye
10:36
  "Liverpul" 200 milyonu rədd etdi - Salahı satmırlar
10:15
  "...Azərbaycanla oyunda qələbə qazanacağıq" - Stanimir Stoilov
09:51
  "Bavariya" Madriddə qələbə qazana biləcək gücdədir" - Zidan
01:31
  “Real”dan ÇL-də tarixi göstərici
01:10
  Ronaldo Kasilyası geridə qoydu
00:47
  "Real"dan əzmkar qələbə - Video
00:38
  "Bavariya" öz meydanında "Real"a uduzdu
  25.04.18
22:54
  Robben zədələndi
22:16
  "Bavariya" – "Real": heyətlər açıqlandı
21:58
  Tuxel PSJ rəhbərliyinin qarşısına şərt qoydu
21:09
  Yeni təklifə "yox" dedi, "Qarabağ"a gəlir
20:12
  "Millidə çox nöqsan var" - Azər Məmmədov
19:35
  Yığmamız Gürcüstana uduzdu
19:03
  "Bavariya"da ciddi itkilər – 4 futbolçu oynamayacaq
18:38
  Moskvada spirtli içki satılmayacaq - DÇ-2018-də
18:27
  "Liverpul"da ciddi itki
17:43
  FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
17:30
  Asiyanın ən yaxşı futbolçusu seçildi
17:15
  "Kəpəz" məşqləri bərpa etdi
16:50
  "Milan"ın yeni ev forması - Şəkillər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore