"Azərbaycanla oyunun favoriti ola bilmərik" - Kosovonun baş məşqçisi

"Azərbaycanla oyunun favoriti ola bilmərik" -  Kosovonun baş məşqçisi
ÖLKƏ FUTBOLU 20 Mart 2018 / 01:00 3632
-  A +

“İndiyədək keçirdiyimiz bütün oyunlarda yaxşı çıxış etmişik. Bu uşaqlar göstərdilər ki, onların potensialları var”.

Qol.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin baş məşqçisi Rafet Prekazi deyib.

O, Kosovo Futbol Federasiyasının saytına açıqlamasında  Avropa çempionatının seçmə mərhələsində martın 22-də millimiz, 27-də isə Almaniya yığması ilə qarşılaşacaqları görüş haqda danışıb: “Gənc oyunçulardan ibarət yaxşı komandamız var. Biz qarşıdakı oyunlarda favorit ola bilmərik. Ancaq meydanda 200 faiz gücümüzü sərf etməliyik. Komandamıza güclü azarkeş dəstəyi lazımdır. Rəqiblərimizin kim olduğunu çox gözəl bilirik. Amma seçmə mərhələnin əvvəlində də demişdim ki, Kosovo yığması heç kim üçün asan tikə olmayacaq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı