Kyellini "Real"la oyunu da buraxa bilər

Kyellini "Real"la oyunu da buraxa bilər
XƏBƏR 19 Mart 2018 / 14:26 2356
-  A +

A Seriyasının 29-cu turunun SPAL-la oyununda (0:0) zədələnən “Yuventus”un müdafiəçisi Corco Kyellininin durumuna aydınlıq gəlib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən sonra 33-cü yaşlı futbolçunun zədəsinin gözləniləndən ciddi olduğu ortaya çıxıb. Son matçda əzələsi dartılan futbolçunun bərpa prosesi uzun çəkə bilər.

Zədə səbəbindən İtaliya millisinin Argentina (23 mart) və İngiltərə (27 mart) ilə yoldaşlıq oyunlarını buraxmaq məcburiyyətində qalan Kyellinin “Yuventus”un Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la Turində keçiriləcək ilk görüşündə meydana çıxması da sual altına düşüb.

Qeyd edək ki, “Yuventus” – “Real” oyunu aprelin 3-də keçiriləcək.

Son xəbərlər