"Renat özünü peşəkar kimi aparmalıdır" - "Ayntraxt"ın idman direktoru

"Renat özünü peşəkar kimi aparmalıdır" -  "Ayntraxt"ın idman direktoru
GÜNDƏM 19 Mart 2018 / 13:03 3617
-  A +

"Ayntraxt"ın idman direktoru Freddi Bobiç millimizin üzvü Renat Dadaşovun komandadan qovulmasına münasibət bildirib.

Qol.az-ın “sport1.de” saytına istinadən yaydığı xəbərə görə, klub rəsmisi gənc hücumçunun hərəkətinə  görə heyfsləndiyini deyib və onu qeyri-peşəkarlıqda günahlandırıb:

“Əgər bir futbolçunun istedadı varsa, onu heç vaxt günahsız yerə komandadan çıxarmazlar. Peşəkar müqavilə bağlamaq yaxşıdır, hətta çox yaxşıdır. Amma təkcə imza atmaqla iş bitmir. Renat gərək özünü peşəkar kimi aparsın”.

Qeyd edək ki, məşq zamanı komanda yoldaşını vuran R. Dadaşov məşqçilər korpusunun qərarı ilə komandada qovulub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı