"Ya indi, ya heç vaxt” – Lionel Messi

"Ya indi, ya heç vaxt” –  Lionel Messi
XƏBƏR 19 Mart 2018 / 10:45 5342
-  A +

“Təəssüf ki, nəticələrdən asılı olan komandayıq. Hiss edirik ki, bu dəfə də alınmasa, bir daha heç vaxt dünya çempionu ola bilməyəcəyik”.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, bu sözləri Argentina millisi və “Barselona”nın hücumçusu Lionel Messi deyib. Yığmasının DÇ-2018-dəki şanslarını dəyərləndirən ulduz futbolçu bu dəfə mundialın qalibi ola biləcəklərinə inandığını bildirib:

“Ölkəmizin arzusunu gerçəkləşdirə bilmədiyimiz oyunlardan sonra çox ağlamışam. Görünür, 3 final bizə kömək etməyib. İnanıram ki, bu dəfə kuboku başımız üzərinə qaldıra biləcəyik”.

Qeyd edək ki, Argentina millisi yayda Rusiyada keçiriləcək dünya çempionatında Xorvatiya, İslandiya və Nigeriya yığmaları ilə D qrupunda mübarizə aparacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki