"Real”dan qorxmuruq" – "Yuventus" rəsmisi

"Real”dan qorxmuruq" – "Yuventus" rəsmisi
XƏBƏR 18 Mart 2018 / 12:04 3696
-  A +

“Yuventus”un tarixi boyu həmişə Avropa futbolunun elitasına çxması klubun genetikasından irəli gəlir və bu, bütün məşqçilərə, futbolçulara ötürülür. Biz hər zaman olduğu kimi istənilən komanda ilə rəqabət apara biləcək gücdəyik”.

Qol.az-ın İtaliya mətbuatına istindən yaydığı xəbərə görə, bu sözləri “Yuventus”un baş direktoru Beppe Marotta deyib. Komandasının püşkdə Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la düşməsinə münasibət bildirən Turin klubunun rəsmisi rəqibdən qorxmadıqlarını söyləyib:

“Düşünürəm ki, “Real”la qarşılaşmamız erkən olacaq. Amma istənilən halda gec-tez onlarla oynamalıyıq. Məncə, dünyanın ən yaxşı klubudur. Onlara hədsiz hörmət edirik. Amma əminliklə deyirəm ki, heç qorxmuruq”.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələcək “Real” və “Yuventus” klubları əvvəlki mərhələdə müvafiq olaraq, PSJ və “Tottenhem”i mübarizədən kənarlaşdırıblar.

Son xəbərlər