"Messi belə oynasa, "Barselona" ÇL-i qazanacaq" - Şevçenko

"Messi belə oynasa, "Barselona" ÇL-i qazanacaq" - Şevçenko
XƏBƏR 18 Mart 2018 / 10:44 4986
-  A +

“Milan”ın əfsanəvi futbolçusu Andrey Şevçenko bu mövsüm Çempionlar Liqasını qazana biləcək komandaların şanslarını dəyərləndirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ukraynalı veteran hücumçu “Barselona”nə turnirin favoriti hesab edir. Şevçenkonun fikrincə, hər şey Kataloniya klubunun ulduzu Lionel Messidən asılıdır:

“Messi “Çelsi” ilə matçdakı kimi oynamağa davam etsə, “Barselona” ÇL-i qazanacaq. Hazırkı Leo qarşısıalınmazdır. Bunu “Çelsi” ilə matç da sübut etdi”.

Qeyd edək ki, “Barselona” 1/8 final mərhələsində iki oyunun nəticəsinə görə (4:1) “Çelsi”ni mübarizədən kənarlaşdırıb. Messi həmin qarşılaşmalarda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı