Dino Ndlovudan daha 2 qol

Dino Ndlovudan daha 2 qol
XƏBƏR 17 Mart 2018 / 18:56 5662
-  A +

Qış fasiləsində "Qarabağ"ı Çinin "Xançjou Qrintaun" klubuna dəyişən Dino Ndlovu yeni komandasının heyətində növbəti qollarını vurub.

Qol.az-ın məlumatına görə, Cənubi afrikalı hücumçu birinci liqanın 2-ci turunun "Dalian Transsend"lə oyununda "dubl" edib. 28 yaşlı fovard 67 və 71-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Görüş "Xançjou Qrintaun"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ndlovu ilk turun “Ney Monqol”la oyununda da fərqlənmişdi. Hazırda onun aktivində 3 qol var.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı