Rüfət Dadaşov "Dinamo"ya qələbə qazandırdı

Rüfət Dadaşov "Dinamo"ya qələbə qazandırdı
XƏBƏR 17 Mart 2018 / 00:01 4036
-  A +

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Berlin təmsilçisi təxirə salınmış oyunda “Auerbax”ı qəbul edib. Görüş “Dinamo”nun 2:1 hesabı qələbəsi ilə başa çatıb.

Rüfət Dadaşov görüşdə son qolu vurub. Bu, Dadaşovun mövsümdə 21-ci qoludur.
“Dinamo” hazırda 40 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.


Son xəbərlər