Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Premyer Liqamızda oyunların başlama saatı açıqlandı

Yazarlar
 Qazaxıstanla Qazax futbolunun fərqi
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
“Qarabağ”ın 6-ci çempionluğu – Şəkillər
Top 5
"Qarabağ" - çempion!
“Barselona” kuboku darmadağınla qazandı
"Barselona" Ardanı satır
İnyestanın "Barselona"da son kubok oyunu və gözyaşları – Şəkillər
Dani Kintana “Qarabağ”da qalacaqmı? – ispan futbolçudan açıqlama
Linklər
525ci Qəzet

"Qurban sezonun sonunu gözləsin, görəcək"
A A A

[16.03.2018]
"Qurban sezonun sonunu gözləsin, görəcək"

“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bu gün dünyasını dəyişib. Azərbaycan futbol tarixində Avropa Liqasının qrup mərhələsinə ilk dəfə düşən məşqçi kimi də qalacaq B.Hacıyevə Allahdan rəhmət diləyir, xatirəsini ehtiramla yad edir və hələ onun sağlığındaykən redaktorumuz Aydın Bağırovun bir müddət əvvəl yazdığı “Böyukağa Hacıyevlə “Mardan”da söhbət” adlı yazısını yenidən dərc edirik.

***

Böyükağa Hacıyevlə “Mardan”da söhbət...

- Harda qalır komanda?

- “Mardan”da...

***


“Mardan”, ya da rəsmi adıyla desək, “Mardan Palace”. Antalyanın da deyil, dünyanın ən nəhəng otellərindən biri. Tikintisinə bir milyard yarım dollardan çox pul xərclənən bu oteldə üç-dörd gün qalmaq mənə də qismət olur. Bir turizm sərgisində iştirak üçün qardaş ölkədəyəm. Azərbaycandan gəldiyimdən tədbirin təşkilatçıları məni məhz həmyerlimiz Telman İsmayılova məxsus “Mardan”da yerləşdirirlər. Hələ onun Putin hakimiyyəti tərəfindən çox möhkəm sıxışdırılan vaxtları deyil.

Otelin giriş qapısını üzümə iki hündürboy və gülərüz şveytsar açır. Doğma türkcələrində “hoş geldiniz, efendim” söyləyib məni nəzakətlə içəri, daha doğrusu, imperatorlara xas tərzdə inşa edilən bu əzəmətli saraya dəvət edirlər. Heyrətdən donub qalıram: tavandan asılan böyük, deyilənə görə, dəyəri yüz min dollarla ölçülən lüstürlər, bahalı divan-kreslolar, yerə döşənən xırmızı xalılar, piano. Və ətrafdan boylanan bir portret. Rəhmətə gedən Mərdan kişinin şəklidi, Telman İsmayılovun atasının. Otel də elə onun şərəfinə belə adlandırılıb. Bir-iki il əvvəl mənim bu gün gecələyəcəyim “Mardan”ın dünyaya səs salan açılışında iştirak etmək üçün kimlər yox idi?! Ünlü iş adamları, oliqarxlar, dünya şou-biznesinin əjdahaları – Meray Kerri, Riçard Gir, Şeron Stoun... Və kaş indi yenə də burda olaydız, Monika Beluççi!


***

- Siz doğrudan da, “Mardan”da qalırsız?

Almatıdan tədbiri işıqlandırmaq üçün gəlmiş, milliyyətcə qazax olan xanım jurnalist təəccüblə soruşur. Əslində, cavabı bir az çəkinərək, bir az da utanaraq verirəm. Çünki həmin oteldə qalmaqda öyünüləsi nəsə görmürəm. “Hə” deyirəm və qəfil Qazaxıstandan gələn, amma görkəmcə Şərq qızlarına bənzəyən başqa bir jurnalist xahiş edir ki, kömək edin, biz yarım saatlığına da olsa o otelə girib şəkillər çəkdirək. “Mardan”ın menecerlərinin razılığını almazdan əvvəl ona müraciətlə “siz qazaxa bənzəmirsiz, milliyətinizi bilmək olar?” – soruşuram.

Gülüb keçir. Sual da qalır havada. Yarım saat sonra otelin menecerindən xəbər gəlir: “Bəli, həmkarlarınız otelimizdə çəkiliş apara bilərlər”.

Antalyanın ən böyük sərgi salonundan çıxıb otelə gedəndə onlar məndən Azərbaycan, mən də onlardan Qazaxıstan haqda soruşuram. Qarabuğdayı qız daha həvəslə öz ölkələri haqda danışır. “Siz amma qazax deyilsiniz” deyib ona bayaq, sərgi zamanı verdiyim sualın havada qaldığına işarə vururam və yenə də cavab ala bilmirəm.

Amma artıq otelə çatıb onun içində, çölündə - İstanbul boğazının bənzəri olan böyük hovuzun ətrafında, hovuzun üzərindəki “Fatih Sultan Mehmet körpüsü”nün üstündə, ölkə prezidentləri və ən azı milyonçular üçün nəzərdə tutulan “Dolmabahçe” sarayının qarşısında yüzə yaxın şəkil çəkib qurtarandan sonra o qız sakitcə, sanki yanındakı həmkarının eşitməməsi üçün qulağıma pıçıldayır:

- Mən erməniyəm!

***

“Neftçi”nin “Mardan”da qaldığını öyrənib ora gedəndə yolboyu həmin hadisə yenə gözümün önündə canlanır. Adi bir sual qarşısındakı bu qədər uzun susqunluğun səbəbi bəlkə elə bu sadə cavabdaymış? Klassik erməni hiyləsində! O qızın “erməni olduğum üçün birdən otelə aparılmaram” düşüncəsində?

Otelin qarşısına çatanda fikrim dağılır. Özlüyümdə düşmək üçün hazırlıq görürəm. Amma bizi aparan sürücü maşını dayandırmadan “Mardan Palas”ın qarşısından sürətlə ötüb keçir.

- Biz bu ünvana gəlməliydik, axı.

- Kefdən danışırsan! “Neftçi” otelin özündə yox, sport-kompleksində qalır.

Azərbaycanlı sürücümüz narazı-narazı deyinir: “Neftçi” gedib çıxıb dünyanın o başına...” Yol getdiyimiz 40, ya 45 dəqiqədi. Antalyanın kiçik kənd evlərinin, dükanlarının qarşısından keçdikdən sonra çala-çuxur yola düşürük. Yolun ətrafı isə... Elə bil qamışlıqdan böyük bir park salıblar. Maşın dəqiqəbaşı bərbad yolun təsirindən tullanıb-düşür.

“Neftçi”ni sanki ətraf ələmdən tam təcrid ediblər. Axır ki, gəlib çatırıq. Antalyanın məşhur “Mardan” stadionunun yanındakı idman kompleksi. Qarşıma ilk çıxan Tahir Süleymanov olur. Özünə xas tərzdə, ərklə soruşur:

- Salam, kişi. Necəsən?

- Gəlib, hara çıxmısız?! Komandaya niyə işgəncə verirsiniz?

- Əsl komanda, peşəkar futbolçu elə belə yerdə qalmalıdı ki, yaxşı hazırlıq keçsin, fikri-zikri ancaq məşqdə olsun. Sadıq müəlllim...

Böyükağa Hacıyevin gəldiyini görüb, vitse-prezidentlə söhbəti yarımçıq saxlayıram. Sözü yarımçıq qalır. Hər halda bura gəliş səbəbimiz baş məşqçiylə müsahibə eləməkdi. Bizi görüb əsl Naxçıvan ləhcəsiylə soruşur:

- Qardaaaaş, xoş gəlmisiiz...

Müsahibəmiz uzun çəkir. Danışığından, intonasiyasından turnir cədvəlində “Qarabağ”ın onlardan irəlidə olmasını həzm edə bilmədiyi açıq görünür. Axırda dözməyib içindəkilər tökür: “Mən Qurbana göstərəcəm. Sezonun sonunu gözləsin, görəcək...” Elə bil Qurban Qurbanova müharibə elan edir. Yəni, komandam yenə çempion olacaq (və yeri gəlmişkən, olur da).

Sonra Berti Foqts barədə danışır. Özü də sərt şəkildə. Həm onu, həm də onu bu vəzifəyə gətirən AFFA-nı tənqid edir. Ümumiyyətlə, danışığı və hazırcavablığıyla jurnalistlər üçün maraqlı persona olması yenilik deyil. Söhbətin diktofonsuz hissəsində tam ciddiyyətlə soruşur:

- Eşiidisəənn? Görürsən müsahibələrim nətəhər çox oxunur?

- Elədi, müəllim. Sizin açıqlamalarınız həmişə  maraqla qarşılanır.

- O gün saytınıza baxdım, mənim dediklərim 5300 dəfə oxunmuşdu eee....

- Bəli, elədi.

- Heç başqalarının müsahibəsin o qədər oxuyurlar?..

- Ən tirajlı adamlardan biri sizsiniz.

- Görəssən, bu müsahibə də çox oxunacaq. Nətəəri danışdım?

- Əla!


***

İlahi, insan gör nələrə fikir verirmiş. Danışdıqlarının necə reaksiya doğurduğuna, saytda neçə insanın oxuduğuna. Və doğrudan da, həm o müsahibəsi, həm ondan sonrakılar həmişə maraq doğururdu və doğurmaqdadı.

Amma onda, o müsahibə götürüləndə 2013-ci il idi. “Neftçi” çempion olub Azərbaycanı Avroliqanın qrupunda təmsil etmişdi və növbəti çempionluğu qazanmaq yolundaydı. Növbəti və hələlik qazandığı son çempionluq yolunda...

İndi isə 2018-ci ildi və indi “Neftçi” 1:8 uduzur...

Aydın BAĞIROV
31 yanvar, 2018

7435 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
24.04.2018  21:56 "Liverpul" - "Roma": heyətlər açıqlandı
24.04.2018  21:10 “Frans Futbol” İnyestadan üzr istədi
24.04.2018  20:20 "Hiss edirəm ki, yaxşı olacaq" - Haynkes "Real"la oyun haqda
24.04.2018  19:47 “Napoli”nin müdafiəçisi “Çelsi”nin hədəfində
24.04.2018  18:59 "Real"a qalib gəlmək üçün kifayət qədər gücümüz var" - Boatenq
24.04.2018  17:51 "Salah çox qol vurur, bəlkə İngiltərədə qapılar böyükdür?"
24.04.2018  16:50 "Qarabağ"a qarşı oynamayacaqlar - "Zirə"də 6 itki
24.04.2018  16:33 "Qalatasaray"ın sabiq çalışdırıcısı İtaliyada işləyəcək
24.04.2018  16:22 İnyesta daha 2 klubun hədəfində
24.04.2018  15:56 "Real"a qarşı oynamaya bilər
24.04.2018  15:18 Avro-2024-ü keçirməyə ilk namizəd - rəsmi
24.04.2018  14:15 Yarımfinala hakim təyinatları açıqlandı - Avroliqa
24.04.2018  13:50 Kloppdan Donald Trampa atmaca
24.04.2018  11:46 Birinci divizionun oyunları eyni saatda
24.04.2018  11:31 Premyer Liqamızda oyunların başlama saatı açıqlandı
24.04.2018  11:16 "Arsenal"da yeni baş məşqçiyə 50 milyonluq büdcə
24.04.2018  10:24 “Sumqayıt”ın rəhbərinə yüksək vəzifə - nazir oldu
24.04.2018  01:35 Julio Sezar karyerasını bitirdi
24.04.2018  00:01 “Usaqların cəsarətli oynaması məni sevindirdi” – millimizin baş məşqçisi
23.04.2018  23:00 "Fənərbaxça"dan qələbə
 
 
  24.04.18
21:56
  "Liverpul" - "Roma": heyətlər açıqlandı
21:10
  “Frans Futbol” İnyestadan üzr istədi
20:20
  "Hiss edirəm ki, yaxşı olacaq" - Haynkes "Real"la oyun haqda
19:47
  “Napoli”nin müdafiəçisi “Çelsi”nin hədəfində
18:59
  "Real"a qalib gəlmək üçün kifayət qədər gücümüz var" - Boatenq
18:32
  "Liverpul" "Roma"ya qarşı - Yenilənir
17:51
  "Salah çox qol vurur, bəlkə İngiltərədə qapılar böyükdür?"
17:07
  "Qəbələ" - "Qarabağ" oyunu Bakıda keçirilə bilər
16:50
  "Qarabağ"a qarşı oynamayacaqlar - "Zirə"də 6 itki
16:33
  "Qalatasaray"ın sabiq çalışdırıcısı İtaliyada işləyəcək
16:22
  İnyesta daha 2 klubun hədəfində
15:56
  "Real"a qarşı oynamaya bilər
15:42
  "İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam" - Aqolli
15:18
  Avro-2024-ü keçirməyə ilk namizəd - rəsmi
14:42
  Çempionlar Liqasının oyunu - Etopaz-da
14:15
  Yarımfinala hakim təyinatları açıqlandı - Avroliqa
13:50
  Kloppdan Donald Trampa atmaca
13:16
  "Real" Münhenə bu futbolçularla gedir - siyahı
13:00
  İtaliya millisinə Ançelotti gətirilir?
12:28
  "Ronaldonu da Bakıya gətirə bilərik" - Fikrət Orman
12:18
  "Liverpul" - "Roma": hansı kanallarda?
11:55
  "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
11:46
  Birinci divizionun oyunları eyni saatda
11:31
  Premyer Liqamızda oyunların başlama saatı açıqlandı
11:16
  "Arsenal"da yeni baş məşqçiyə 50 milyonluq büdcə
10:50
  Qurban Qurbanovun çempionluq çıxışı - Video
10:24
  “Sumqayıt”ın rəhbərinə yüksək vəzifə - nazir oldu
09:51
  "Roma" İngiltərəyə 22 futbolçu ilə getdi - siyahı
01:35
  Julio Sezar karyerasını bitirdi
01:10
  "Atletik" evdə uduzdu - Video
00:01
  “Usaqların cəsarətli oynaması məni sevindirdi” – millimizin baş məşqçisi
  23.04.18
23:00
  "Fənərbaxça"dan qələbə
21:57
  Millimizin üzvü 90 dəqiqə oynadı
21:05
  "Barselona" "Çelsi"yə qalib gəlib çempion oldu
20:30
  Sneyderin vida oyununun vaxtı açıqlandı
19:48
  "Barselona" Ardanı satır
19:01
  Millimiz turnirə heç-heçə ilə başladı
18:35
  "Qarabağ" və "Qəbələ" uduzdu - əvəzedicilərin çempionatı
18:17
  "Qəbələ"nin U-17 komandası çempion oldu
18:01
  "Xəzər"in bölgəni təmsil etməsi mümkündür" - Emin Abbasov
17:45
  Yığmamız Rusiya ilə qarşılaşacaq
17:05
  "Neftçi" Mahmudova görə AFFA-ya müraciət etdi
16:55
  Modriç ABŞ-da oynamaq istəyir
16:28
  "Mourinyo ilə problemim yoxdur" - Poqba
16:05
  "Yuventus" finallarda uduzmağa öyrəşib" - İnsinye
15:30
  "Lap yaxşı, "Keşlə" Qəbələyə gəlməsin, kuboku da biz götürək" - Cavid Hüseynov
15:05
  “Bavariya” - “Real” oyununun hakimləri
14:32
  Kuboku "Feyenoord" qazandı - Video
14:00
  Etopaz-da 20 canlı oyun
13:36
  "Neymar ən yaxşı olmaq istəyirsə, PSJ-dən getməlidir"
13:10
  "Qarabağ"ın futbolçusu Polşada rekordçu oldu
12:57
  Finalın vaxtı açıqlandı - 28 may, saat...
12:25
  Ciddi klub? “Qarabağ”...
12:07
  Nazarovdan möhtəşəm qol - video
12:02
  "Yuventus"da ciddi itki - "İnter"lə oyunu buraxacaq
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore