Böyükağa Hacıyev vəfat etdi

Böyükağa Hacıyev vəfat etdi
ÖLKƏ FUTBOLU 16 Mart 2018 / 11:51 7900
-  A +

“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.
 
Qol.az-ın xəbərinə görə, tanınmış məşqçi bu gün dünyasını dəyişib. B.Hacıyevin ailəsindən məlumatı təsdiqləyiblər. Mərhumun bu gün Keşlə qəbiristanlığında dəfn olunacağı gözlənilir.

B.Hacıyev fevralın 8-də infarkt keçirmişdi. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulmuşdu. Bundan başqa, B.Hacıyev bir neçə il əvvəl Moskva şəhərində beyin əməliyyatı keçirmişdi.

2018-ci ilin aprelin 20-də 60 yaşı tamam olacaqdı.

Allah rəhmət eləsin!

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı