İngiltərə DÇ-2018-dən imtina edəcəkmi? - baş məşqçi danışdı

İngiltərə DÇ-2018-dən imtina edəcəkmi? - baş məşqçi danışdı
XƏBƏR 15 Mart 2018 / 19:57 4935
-  A +

“Əlbəttə, bu ciddi məsələdir. Amma mənim vəzifəm öz işimə diqqət yetirmək və komandanı hazırlamaqdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt yerli mətbuata açıqlamasında deyib. Hökumətin yayda Rusiyada keçiriləcək dünya çempionatını boykot etmək qərarına münasibət bildirən mütəxəssis turnirdə iştirak edəcəklərini söyləyib: “Biz dünya çempionatına getməyə hazırlaşırıq. Heç şübhəsiz, bu, bizim etməli olduğumuz işdir. Bununla yanaşı, futbolçularımız və azarkeşlərimizin təhlükəsizlik tədbirlərini də planlaşdırmalıyıq”.

Qeyd edək ki, İngiltərə hakimiyyəti milli komandanın dünya çempionatından imtina edə biləcəyini açıqlayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı