"Milan"ın sahibi dəyişir

"Milan"ın sahibi dəyişir
XƏBƏR 15 Mart 2018 / 19:10 4682
-  A +

“Milan”ın səhmləri yenidən satıla bilər.

Qol.az-ın “Football İtalia”ya istinadən məlumatına görə, klubun hazırkı sahibi Li Yonxoq müflis olduğundan ABŞ-ın “Eliot Menecment” şirkətindən götürdüyü krediti qaytara bilməyib. Buna görə də “Milan”ın sözügedən şirkətin mülkiyyətinə keçəcəyi gözlənilir.

İtaliya klubunun yeni sahibi isə çox güman ki, ərəblər olacaq. Tanınmış milyonçu Səid Əl-Fəlasi “Milan”ın səhmlərini almaq istəyir. Artıq tərəflər arasında ilkin danışıqlar olub.

Son xəbərlər