Millimiz 8 pillə gerilədi - FİFA-nın yeni reytinqi

Millimiz 8 pillə gerilədi -  FİFA-nın yeni reytinqi
ÖLKƏ FUTBOLU 15 Mart 2018 / 14:28 2951
-  A +

FİFA milli komandaların növbəti  reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 8 pillə geriləyib.  Yığmamız 243 xalla 127-ci pillədə qərarlaşıb.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Latviya 231 xalla 131-ci,  Kosovo  97 xalla 176-cı,  Malta isə 68 xalla 185-ci yerdədir.

Qeyd edək ki, siyahıya 1609 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1489), Portuqaliya üçüncüdür (1360).

Daha çox


Son xəbərlər