“Ya “Barselona”da qalmalı, ya da getməliyəm” – İnyesta

“Ya “Barselona”da qalmalı, ya da getməliyəm” – İnyesta
DÜNYA FUTBOLU 15 Mart 2018 / 12:41 4548
-  A +

“Aprelin 30-dak klubdakı gələcəyimlə bağlı qərar verəcəyəm”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Barselona”nın kapitanı Andres İnyesta UEFA-nın saytına bildirib. Kataloniya təmsilçisi ilə ömürlük müqaviləsi olmasına baxmayaraq, 33 yaşlı futbolçunun bu anlaşmanı pozmaq hüququ da var. Amma o, nə vaxtsa belə qərara gəlsə, bu haqda klubuna ən geci aprelin 30-dək məlumat verməlidir.

“Bu, mənim həm özüm, həm də klubum üçün verəcəyim ən dürüst qərar olacaq. Ya “Barselona”da qalmalı, ya da getməliyəm” – deyə İnyesta bildirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın