Rəşad Sadıqov 25 futbolçuya dəvət göndərdi

Rəşad Sadıqov 25 futbolçuya dəvət göndərdi
GÜNDƏM 15 Mart 2018 / 10:15 4747
-  A +

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyəti açıqlanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamızın çalışdırıcısı Rəşad Sadıqov 25 futbolçuya dəvət göndərib.

Kamran İbrahimov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Fəhmin Muradbəyli (“Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Sərtan Taşkın, Cabir Əmirli, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), Hacıağa Hacılı, Qismət Alıyev, Murad Popov (hamısı “Qəbələ”), Ramil Şeydayev, Mahir Mədətov, Nicat Süleymanov (hamısı “Qarabağ”), İsmayıl İbrahimli (MOİK), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Ziya Əzizov (“Den Boş”, Hollandiya).

Qeyd edək ki, millimiz martın 15-dən 19-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı