"Hər iki komandadan gözəl oyun izlədik. Futbolçulara rəhbərlik adından təşəkkür etdik. Bu oyunda təkcə qol çatışmadı. Məncə, nəticə ədalətli idi. Qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Bir xal da qənaətbəxşdir. Oyundan-oyuna artırırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Fikrimcə, qol olmasa da, hər birimiz bu oyundan zövq aldıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 20-ci turunda bu gün "Qarabağ"la keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
- “Neftçi”nin oyun ərzində 4-5 real qol epizodu olsa da, istifadə edə bilmədi...
- Bu oyunda olan ajiotaj futbolçulara da təsir edirdi. Son 3 turda 6 qol vurmuşuq, ancaq qollar da buraxmışıq. Bu gün isə hiss etdim ki, futbolçularda həyəcan var idi. Məncə elə 0:0 əsl ədalətli hesab oldu. Çünki rəqib oturuşmuş komandadır. Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı.
- Sanki komandada son 3 oyunda partlayış oldu. Nə dəyişdi?
- Tənqid həmişə olmalıdır. Sadəcə, mən bilirdim ki, işi düzgün qurmuşuq. Heç bir komanda təlim-məşq toplanışından tam hazır gəlmir. İstər-istəməz yorğunluq olur. Bilirdim ki, bir neçə tura komanda öz oyununu tapacaq. Bu oyun bir daha göstərdi ki, biz düzgün yoldayıq. Ola bilsin, rəhbərlik dəyişikliyinin də rolu var. Bunu “Sumqayıt”la oyunda gördük. Bu gün “Neftçi”ni qaldıra biliriksə, deməli düzgün yoldayıq. Futbolçularıma təşəkkür edirəm.
- Hücumçuların oyunu sizi qane edir?
- Son 3 turda qollar vurmuşuq. Bu gün qol vurmasaq da, qol fürsətləri əldə etdik. Ancaq bu o deməkdi ki, yaxşı oyun sərgiləyirik. Yəni əsas odu ki, hücum edə bilirik.
- Emin Mahmudovun oyununu necə dəyərləndirərdiz?
- Onun zədəsi var idi. Bu gün meydana çıxması sual altında idi. Ancaq mən şans verdim. Gələn oyunda isə sarı vərəqəyə görə meydana çıxa bilməyəcək.
- Əvvəllər Lukas Qomesə start heyətində şans verib, Mirabdulla Abbasovu son dəqiqələrdə meydana buraxsaz da, son oyunlarda əksinə edirsiz. Buna səbəb nədir, Lukas hazır deyil?
- Qomesin atası rəhmətə gedib. Onun atası uzun müddət komada yatıb. Bu, “Qəbələ” ilə oyundan öncə olub. Həmin oyundan öncə bizim xəbərimiz var idi. Həyat yoldaşı bizim tərcüməçiyə məlumat vermişdi. Bu cür hallar futbolçuya mənfi təsir edir. Ancaq artıq özünə gəlir. Bundan öncə Mirabdullanın çıxış etdiyi oyunlarda qalib gəlmişdik. Onun haqqını yeyə bilmərəm. Buna görə, ona start heyətində şans verdim.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?