"Gedişim nəyisə dəyişsə, gedərəm" - Ayxan Abbasov

"Gedişim nəyisə dəyişsə, gedərəm" -  Ayxan Abbasov
GÜNDƏM 14 Mart 2018 / 20:10 4304
-  A +

"Bu oyuna çox köklənmişdik. Qol epizodlarımız çox olsa da, istifadə edə bilmədik. Sadə epizodda cavab topunu buraxdıq. Qarşıda fasilə var. Bundan maksimum yaryarlanmağa çalışacağıq".

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 20-ci turunda "Səbail"lə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

- Azarkeşlər istefanızı tələb edirdilər. Buna münasibətiniz necədir?

- Təbii ki, ürəkləri yanır. Ancaq bizim qədər onların ürəyi yana biməz. Əgər mənim gedişim nəyisə dəyişsə, gedərəm. Amma rəhbərliklə də söhbətimiz olub. Çalışacağıq vəziyyətdən çıxaq.

- Futbolçularınız çoxsaylı qol epizodlarını boşa verdi. Bəlkə onları istefaya göndərmək lazımdır?

- Əvvəlki oyunarda da olub ki, qol epizodlarını qaçırsaq da, sonradan toparlana bilmişik.

- Uzun müddət qalib gəlməyəndə, komanda barəsində "bir qələbə lazımdı” deyimi işlənir.

- Razıyam, müəyyən gərginlik var və 1 qələbəyə ehtiyacımız var.

- Urdinovun oyunu barədə nə fikrdəsiniz?

- Onun oyunundan razı qaldım.

- Fasilə zamanı 1 yoxlama oyunu ilə kifayətlənəcəksiniz?

- Bəli, yalnız "Səbail”lə yoxlama görüşü bizim üçün yetərli olacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın