"Qarabağ Vyana" baş məşqçini istefaya göndərdi

"Qarabağ Vyana" baş məşqçini istefaya göndərdi
GÜNDƏM 14 Mart 2018 / 11:33 2723
-  A +

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana” futbol klubu baş məşqçi Volkan Kahramanla yollarını ayırıb.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son verilib.

"Qarabağ Vyana”nın baş direktoru Ramin Şükürov baş məşqçinin istefasını belə şərh edib: "Volkan hər zaman "Qarabağ” ailəsinin üzvü kimi qalacaq. Hər şeyə görə ona minnətdarıq və xidmətlərini unutmayacağıq”.

Qeyd edək ki, Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" XVII turda "Mannsdorf"a 1:2 hesabı ilə uduzub. Hazırda bu komanda 27 xalla 8-ci pillədə qərarlaşıb.

 

Daha çox


Son xəbərlər
15.12.18  14:11

Navas "Real"da qalır

14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq