“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Qol.az saytına müsahibə verib. Gənc mütəxəssis həm Topaz Premyer Liqanın 20-ci turunun “Səbail”lə qarşıdakı oyunundan danışıb, həm də son vaxtlar klubla bağlı yayılan xəbərlərə münasibət bildirib.
- Bu tur “Zirə” “Səbail”lə qarşılaşacaq. Həmin oyun haqda nə düşünürsünüz?
- Biz hər oyunda meydana qələbə qazanmaq, məğlub olmamaq üçün çıxırıq. Rəqiblərin fərqi yoxdur. Bu oyuna da ciddi hazırlaşmışıq. Bilirik ki, ikinci dövrəyə yaxşı başlamamışıq. Evdə oynayacağıq. Bu üstünlüyümüzdən istifadə etməyə çalışacağıq.
- Komandanız çempionatın 2-ci dövrəsində 5 oyundan cəmi 2 xal toplayıb. Uğursuz çıxışın səbəbini nədə görürsünüz?
- Səbəblər çoxdur. Ən böyük səbəb yeni futbolçuların komandaya gec qoşulmalarıdır. Bundan başqa, “Qəbələ”, “Qarabağ” və “Neftçi” kimi güclü rəqiblərlə səfərdə oynadıq. Evdə “Sumqayıt” və “Keşlə”ni məğlub edə bilsəydik, hər şey istədiyimiz kimi gedəcəkdi. Həmin oyunlarda pis təsir bağışlamadıq. Qol imkanlarımız oldu, istifadə edə bilmədik. Futbolda belə hallar olur. Futbolçularımızı psixoloji durumdan çıxarmağa çalışırıq. Bir qələbə ilə bütün komandaya inam gələcək.
- Belə bir fikir var ki, məhz Qəbələdəki qalmaqaldan sonra komandada eniş yaşanır...
- Qəbələdəki hadisədən sonra iki aparıcı futbolçumuzu itirdik. Bunun da digər oyunlara təsiri oldu. Həmin hadisələrin baş verməsini istəməzdik. Amma heç nədən sığortalanmamışıq. Qadze və Tounkaranın olmaması hardasa çıxışımıza təsir etdi.
- 4-cü pillədədəki “Sumqayıt”la 1, 5-cı sıradakı “Neftçi” ilə isə 6 xallıq fərq var. Sizcə, “Zirə” mövsümün sonunda hazırkı mövqeyinizi qoruyub saxlaya biləcək?
- 10 xallıq fərq olanda da bildirmişdim ki, gərgin mübarizə gedəcək. Adınız çəkdiyiniz rəqiblərlə eyni səviyyədəyik. Onlar da yüksək yerlər uğrunda oynayan komandalardır. Düzdür, üstünlüyümüzü qoruya bilmədik. Amma yenidən xallar qazanıb, mövqeyimizi möhkəmlətmək istəyirik.
- Yəni, deyirsiniz ki, ardıcıl uğursuzluqlar qarşıya qoyulan hədəfləri dəyişdirməyib...
- Çempiontdan əvvəl qarşımıza avrokuboklarda yenidən iştirak etməyi məqsəd qoymuşduq. Rəqiblərimizin güclü olduğunu, qış fasiləsindən sonra daha gərgin çempionat keçəcəyini bilirdik. İstənilən komandalarla oyunda xal itirmək mümkündür. Buna baxmayaraq, hədəfimiz dəyişməyib. Bizim hazırkı durumumuz istənilən komandanın başına gələ bilər. Alınmayanda alınmır. Bu o demək deyil ki, biz təslim olub, ruhdan düşəcəyik. Futbolçular da dərk edirlər ki, vəziyyətdən çıxmaq üçün daha da əzmkar olmaq lazımdır. Rəhbərlik də sağ olsun, hər zaman dəstək olur, yanımızdadır. Komandanı ruhlandırırlar. Son nəticələri faciəyə çevirməmişik.Çünki qarşıda çox oyun var.
- Bu gün rəhbərliyin komandaya soyuq münasibət göstərdiyi yazılır. Media klub rəhbərliyini ictimaiyyət arasına çıxmamaqda günahlandırır.
- Belə yazılar mənə çox maraqlı gəlir. Hardan və niyə qaynaqlanır? Sanki komandanın içindədirlər. Məncə, bu gün “Zirə” rəhbərliyinə təşəkkür etmək lazımdır. 3 ilin komandasını bu təzyiq altında, bu cür rəqiblərə qarşı saxlamaq asan məsələ deyil. Yəqin kimlərsə özünü futbol alimi hesab edir. Amma futbolun içində olan adamlar bilirlər ki, bu gün komanda saxlamaq çox çətindir. Köklü klublarla mübarizə aparmaq və son 3 ildə uğurlu nəticələr qazanmaq üçün yaradılan şəraitə görə bu rəhbərliyə təşəkkür etmək lazımdır. Klubu düzgün idarə edirlər. Hər mənada komandanın yanındadılar. Soyuq münasibət yoxdur. Komandanın yaxşı vaxtında da, pis nəticələr olanda da həmişə arxamızdadılar. Əvvəlcə klubun rəhbərliyindən soruşmaq, sonra nəyisə yazmaq lazımdır. Bilirik ki, nəticə olmayanda hansısa problemlər axtarılacaq. Çalışacağıq ki, bu cür söz-söhbətlər komandaya təsir etməsin.
Elnur SALAHOV
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi