Premyer Liqa klubu baş məşqçisini qovdu

Premyer Liqa klubu baş məşqçisini qovdu
XƏBƏR 13 Mart 2018 / 11:18 2398
-  A +

İngiltərə Premyer Liqasında çıxış edən "Sauthempton"un baş məşqçisi Maurisio Pelleqrino tutduğu vəzifədən azad olunub.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. 2017-ci ilin yayında komandanın baş məşqçisi təyin olunan 46 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanmışdı.

Qeyd edək ki, “Sauthempton” hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komandanı autsayderlər qrupundan cəmi 1 xal ayırır.

Son xəbərlər