"Kəpəz"də 2 zədəli

"Kəpəz"də 2 zədəli
XƏBƏR 13 Mart 2018 / 10:35 1482
-  A +

Topaz Premyer Liqanın 20-ci turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına start verib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bərpaedici prosedurdan sonra istirahət edən komanda üzvləri  dünən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşqə çıxıb.

“Sumqayıt” ilə oyun öncəsi komandanın heyətində iki futbolçunun zədəsi var. Samir Zərgərovla Şadon Vinçesterin durumu həkim nəzarətindədir.

Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" oyunu sabah keçiriləcək. Matçın başlama saatı 20:00-dır.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord