Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
XƏBƏR 13 Mart 2018 / 00:25 2319
-  A +

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, azərbaycanlı şahmatçı III turda Fabiano Karuana ilə üz-üzə gəlib. ABŞ təmsilçisi ilə görüş heç-heçə ilə başa çatıb.

Şəhriyarın xal itkisi turu qələbə ilə başa vuran Vladimir Kramnikin liderliyi ələ keçirməsi ilə nəticələnib.

Qeyd edək ki, Şəhriyar martın 14-də autsayder Uesli So ilə qarşılaşacaq.


Son xəbərlər