"Roma" və "Sevilya" 1/4 finalda

"Roma" və "Sevilya" 1/4 finalda
DÜNYA FUTBOLU 14 Mart 2018 / 01:39 11986
-  A +

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün keçirilən görüşlərlə daha iki 1/4 finalçı müəyyənləşib.

"Qarabağ"ın yer aldığı qrupu lider kimi başa vuran "Roma" öz meydanında "Şaxtyor"la qarşılaşıb. Dzekonun yeganə qolu İtaliya təmsilçisini növbəti mərhələyə daşıyıb.

Digər görüşdə isə "Mançester Yunayted" "Sevilya"nı qəbul edib. Ötən mövsüm Avrliqanın qalibi olan Joze Mourinyonun komandası gözlənilmədən məğlubiyyətlə üzləşərək qitənin ən mötəbər klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.
   
 

13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:0
Qol:
Dzeko, 52
İlk oyun - 1:2

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1:2
Qollar: Ben Yedder, 74 (0:1); 78 (0:2), Lukaku, 84 (1:2)
İlk oyun – 0:0

14 mart

21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya)
İlk oyun – 0:5

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə)
İlk oyun – 1:1


Son xəbərlər