Qurbanovun izlədiyi futbolçu Rusiya millisinə çağırıldı

Qurbanovun izlədiyi futbolçu Rusiya millisinə çağırıldı
GÜNDƏM 12 Mart 2018 / 22:07 7162
-  A +

Rusiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Makedoniya və Cəbəllütariq seçmələri ilə oyunlar üçün heyəti açıqlanıb.

Qol.az-ın “sports.ru” saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Yevgeni Buşmanov millinin düşərgəsinə 23 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də var.

Rusiya martın 23-də Makedoniya, 27-də isə Cəbəllütariq yığması ilə qarşılaşacaq. Ruslar hər iki matçı səfərdə keçirəcəklər.

Qeyd edək ki, A. Quliyev millimizin baş məşqçisi Qurban Qurbanovun da diqqət mərkəzindədir.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"