Slutski Hollandiya klubunda - rəsmi

Slutski Hollandiya klubunda -  rəsmi
XƏBƏR 12 Mart 2018 / 17:16 3801
-  A +

Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutskinin yeni iş yeri bəlli olub.

Qol.az-ın xəbərinə görə, 46 yaşlı mütəxəssis Hollandiya Erediviziya təmsilçisi “Vitess”i çalışdıracaq.

Klubun rəsmi saytı rusiyalı məqşçi ilə 2 illik müqavilənin nəzərdə tutulduğunu açıqlayıb.
Slutski “Vitess”də mövsümün sonunda komandanı tərk edəcək Henk Freyzeri əvəzləyəcək

Qeyd edək ki, “Vitess” 27 turdan sonra Erediviziyada 6-cı pillədə qərarlaşıb.

Əlavə edək ki, bunadək “Olimpiya”, “Uralan”, "Moskva", “Krılya Sovetov”, ÇSKA və Rusiya millisində çalışmış Slutskinin son iş yeri İngiltərənin “Hall Siti” klubu olub.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı