Məşqçilərimiz neçəncidir? - yeni reytinq

Məşqçilərimiz neçəncidir? -  yeni reytinq
ÖLKƏ FUTBOLU 12 Mart 2018 / 15:31 4163
-  A +

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə,  "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan  üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. O, 1169 xalla 497-ci (-1) pillədə qərarlaşıb. R.Qriqorçuk 255 xalla 942 (-3), A. Abbasov isə 217 xalla 986-cıdır (+5).

Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (18 min 356 xal) başçılıq edir. Renato Qauşo ("Qremio")  14 min 104 xalla 2-ci, Ernesto Valverde ("Barselona") 13 min 740 xalla 3-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord