Keyn dünya çempionatını buraxa bilər

Keyn dünya çempionatını buraxa bilər
XƏBƏR 12 Mart 2018 / 15:15 3925
-  A +

“Tottenhem”in və İngiltərə millisinin hücumçusu Harri Keyn bu yay Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər.

Qol.az-ın “The Guardian”a istinadən yaydığı xəbərə görə, Premyer Liqanın 30-cu turunda  “Bornmut”la oyuna rəqib qolkiper Asmir Beqoviçlə toqquşaraq zədələnən Keyn uzun müddət yaşıl meydandan kənarda qala bilər.

Dizindən zədə alan hücumçunun durumuna tam aydınlıq gəlməsə də, ilkin müayinəyə görə onun zədəsi ciddidir.

Qeyd edək ki, Keyn bu mövsüm 24 qolla “Liverpul”un futbolçusu Məhəmməd Salahla birgə bombardirlər siyahısına başçılıq edir.

Son xəbərlər