"Azərbaycanla oyun bizim üçün təkan olacaq"

"Azərbaycanla oyun bizim üçün təkan olacaq"
ÖLKƏ FUTBOLU 12 Mart 2018 / 12:34 3053
-  A +

“Azərbaycan və Sloveniya ilə oyunlar bizim üçün vacibdir. Bu oyunlar Millətlər Liqasına hazırlıq prosesində bizim üçün təkan olacaq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Belarus millisinin baş məşqçisi İqor Kriuşenko deyib.

O, “Tribuna.com”a açıqlamasında martın 23-də Bakıda millimizlə və martın 27-də Sloveniya ilə qarşılaşacaqları yoxlama oyunları haqda danışıb:

“Bu oyunlarda 4-3-2-1 taktiki sxemini təkmilləşdirməyə çalışacağıq. Ənənəvi heyətlə çıxış etməliyik. Ancaq bir neçə sistemi də nəzərdən keçirə bilərik. Bu baxımdan qarşıdakı oyunlar faydalı olacaq. Seçmə mərhələdə 4-3-2-1 taktiki sxemində oynayırdıq. Son iki yoxlama matçını da bu takriki düzülüşdə keçirmişik. 4-3-2-1 yığmanın əsas taktiki sxemi ola bilər”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi