Yunanıstan futbolunda şok olay - Klub prezidenti silahla meydana girdi

Yunanıstan futbolunda şok olay -   Klub prezidenti silahla meydana girdi
GÜNDƏM 12 Mart 2018 / 10:25 5302
-  A +

Yunanıstan çempionatında növbəti qalmaqal yaşanıb.

Qol.az-ın xəbərinə görə, Superliqanın 25-ci turunda keçirilən PAOK - AEK oyunu yarımçıq qalıb.

Görüşün baş hakimi PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb. Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Savvidinin matçın baş hakimini ölümlə təhdid etdiyi bildirilir.

Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb. 

Daha çox


Son xəbərlər