A seriyasında lider dəyişdi

A seriyasında lider dəyişdi
GÜNDƏM 12 Mart 2018 / 01:38 4867
-  A +

İtaliya A seriyasında 28-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun mərkəzi oyunu “San Siro”da keçirilib.

“İnter” “Napoli”ni sınağa çəkib. Maraqla gözlənilən görüş elə də baxımlı alınmayıb. 90 dəqiqə boyunca azarkeşlər qola şahidlik etməyiblər.

Matç elə başladığı kimi - 0:0 hesabı ilə yekunlaşıb. Bununla da “Napoli” zirvəni əldən verib. Milandakı heç-heçədən sonra 71 xalı olan “Napoli” “Yuventus”dan 2 xal geri düşüb. Üstəlik, “Yuve” Neapol təmsilçisi ilə müqayisədə 1 oyun az keçirib. “Qoca Sinyora” sona 10 tur qalmış çempionatın vahid lideridir.

“İnter” isə bu heç-heçədən sonra 52 xalla beşinci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər