“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqanın 19-cu turunda “Zirə” üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın xəbərinə görə, 35-ci dəqiqədə komandasının 2-ci qolunu vuran futbolçu əvvəlcə matçla bağlı fikirlərini açıqlayıb.
- “Zirə”yə qarşı oyunlarımız həmişə çox çətir keçir. Bu gün də belə oldu. Meydanda çox əziyyət çəkdik. Baş məşqçinin tapşırıqlarını maksimum dərəcədə yerinə yetirməyə çalışdıq. Əsas olan 3 xal idi. Hər oyun bizim üçün vacibdir. Çempionatda asan oyun yoxdur. Artıq bu matçı unutmaq lazımdır. Çünki qarşıda bizi “Neftçi” ilə çox vacib görüş gözləyir.
- “Zirə” ilə əvvəlki görüşləriniz gərgin alınsa da, bu gün daha rahat oynadınız və asan qələbə qazandınız.
- Belə deməzdim. “Zirə” yaxşı futbolçulardan qurulmuş komandadır. Kənardan hesaba baxanda asan görünə bilər. Amma biz nə əziyyət çəkdiyimizi bilirik. “Zirə” ilə oyunlara da maksimum dərəcədə hazırlaşırıq. Hər oyunda qalib gəlməyə çalışırıq.
- Təslim olan təkcə “Zirə” deyil. Artıq “Qəbələ” də silahı yerə qoyub...
- Yox. Biz belə düşünsək, özümüzə qarşı düşmənçilik olar. İndidən rahatlaşmaq olmaz. Arxayınlaşsaq, bu dərhal nəticədə özünü göstərəcək.
- Adətən standart vəziyyətlərdə irəli gedirsən. Bu gün qolu oyun epizodunda vurdun. Bu, baş məşqçinin əvvəlcədən verdiyi göstəriş idi?
- Bəzi epizodlarda gözüm Qurban müəllimdə olur. Baxıram ki, işarə versə, tez qabağa gedim. Qol epizodunda hiss etdim ki, fərqlənə bilərəm. Ona görə geri qayıtmadım. Şükürlər olsun, qol vurdum, komandama az da olsa xeyir verdim.
- Demək olarmı ki, “Qarabağ”da ən yaxşı oyununu keçirdin?
- Bu barədə mən heç nə deyə bilmərəm. Səhvlərimə baxmalıyam, yaxşı şeylərə yox. Bunu Qurban müəllim daha yaxşı bilər.
- Növbəti oyun “Neftçi”yə qarşıdır. Sabiq komandanla görüşdə də meydanda olmaq istəyirsən?
- Oyunla canla-başla hazırlaşacam. Məşqçimiz şans versə, meydana çıxıb, sonadək mübarizə apararam.
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə
"Real" "Barselona"nı məğlub etdi
İngiltərə kubokunda 2-ci finalçı da bilindi
Azərbaycanın üç boksçusu 1/4 finalda - Avropa çempionatı
"Sabail" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video