"Qarabağ" səhvi bağışlamır" - Ayxan Abbasov

"Qarabağ" səhvi bağışlamır" -  Ayxan Abbasov
GÜNDƏM 10 Mart 2018 / 21:50 3242
-  A +

“Gözlədiyimiz kimi çətin oyun oldu. Xal qazanmağa çalışsaq da, bacarmadıq. “Qarabağ” səhvi bağışlamır. Bu barədə futbolçulara məlumat vermişdim”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 19-cu turunda “Qarabağ”a uduzduqları oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyəti belə şərh edib: “İkinci hissədə bəzi dəyişiklər etdim. Bunun xeyri olsa da, “Qarabağ”ın müdafiəsini yarmaq çox çətindir. Hər oyunda futbolçuları dəyişirik. Bu gün müdafiədə daha yaxşı olan oyunçulara üstünlük vermişdik. Çalışmışdıq ki, zonaları bağlayaq. Sıx qrafikdir. Dörd gün sonra yenə oyunumuz var. Buna görə, bəzi dəyişikliklər etdik”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı